“Ritm production” kinoşirkətinin istehsal etdiyi “40-cı qapı” bədii filmi sentyabrın 21-25-də Qazaxıstanın Almatı şəhərində keçirilən VI Beynəlxalq “Eurasia” festivalında iştirak edib.
   “Ritm production”un direktoru Xəqani Həşimovun verdiyi məlumata görə, film festival iştirakçıları, yerli kinematoqrafçılar və tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Nümayişdən sonra mətbuat konfransı keçirilib. Jurnalistlərin suallarını filmin rejissoru Elçin Musaoğlu və prodüseri Xəqani Həşimov cavablandırıblar.
   Sonda müsabiqənin nəticələri açıqlanıb və “40-cı qapı” filmi Jury NETPAC-ın (Asiya Filmlərinin Təbliği və İnkişafı Şəbəkəsi) mükafatına layiq görülüb.
   Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Ritm Production” da çəkilmiş “40-cı qapı” bədii filmi bu vaxta qədər bir çox beynəlxalq festivallarda iştirak edib, müxtəlif nominasiyalarda 10 mükafat və 6 diplom qazanıb.