Bakı Xoreoqrafiya Akademiyasının müəllim-xoreoqrafı, Əməkdar mədəniyyət işçisi Lyudmila Qutlyanskayanın rəhbərliyi ilə akademiyanın şagirdləri Səma Məmmədova, Elvina Alışova və Sürəyya Rüstəmli 22-29 noyabr tarixində Qazaxıstanın Almatı şəhərində “Örley” V Beynəlxalq müsabiqəsinə qatılıblar. Müsabiqə Qazaxıstanın müstəqilliyinin 25 illiyi və Almatı şəhərinin 1000 illiyinə həsr olunub.
   Almatı Xoreoqrafiya Məktəbi və Avrasiya Mədəniyyət Fondu tərəfindən təşkil olunan sənət yarışması Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin himayəsi ilə keçirilir. Müsabiqə xoreoqrafiya sənəti sahəsində gənc istedadlara dəstəyin verilməsi, xoreoqrafiya təhsili sahəsində yaradıcılıq uğurları və iş təcrübəsi ilə beynəlxalq mübadilənin aparılması, mədəni, yaradıcı və təhsil əlaqələrinin genişləndirilməsi məqsədi daşıyır.