Multikultural kontekstdə tamaşa
   
   2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi ilə əlaqədar olaraq, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı A.P.Çexovun “Ayı”, Elçinin “O da aşiq olub yaza dünyada...” və B.İoseleviçin “Yelləncəkdə iki nəfər" pyesləri əsasında multikultural kontekstdə "O da aşiq ola..." adlı layihə hazırlayıb.
   Tamaşanın premyerası dekabrın 19-da Azərbaycan Dövlət Rus Dram Teatrında keçiriləcək. Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, layihənin bədii rəhbəri Əməkdar mədəniyyət işçisi İftixar Piriyevdir.