C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış “4.1 Şəhər motivləri” kinoalmanaxına daxil olan “Qonşu qadın”, “Yuxarıda və aşağıda”, “Kədərim” və “Dmitrov küçəsi 86” qısametrajlı bədii filmləri yanvarın 12-dən 29-dək Bolqarıstan paytaxtında keçiriləcək “Sofia MENAR” Beynəlxalq Film Festivalına dəvət alıb. 
   Kinostudiyadan bildirilib ki, filmlərimiz festivalın “Fokus” proqramında nümayiş olunacaq.
   Qeyd edək ki, Mirbala Səlimlinin “Qırmızı bağ” tammetrajlı bədii filmi də Sofiya festivalına dəvət alıb. Azərbaycan filmlərinin ilk dəfə iştirak edəcəyi festival regionun ən diqqətəlayiq yeni ekran əsərlərini Avropa tamaşaçısına təqdim edir, yerli auditoriyanı islam dünyasının audiovizual əsərləri ilə tanış edir.