Növbəti respublika festivalı keçiriləcək
   
   Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən 10-17 aprel 2017-ci il tarixində “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” adlı II Respublika festivalı keçiriləcək. Festivalın dörd nominasiya - “Fortepiano”, “Bəstəkarlıq”, “Solo oxuma”, “Orkestr alətləri” üzrə keçirilməsi nəzərdə tutulur.
   Layihənin məqsədi böyüməkdə olan nəslin mənəvi simasının formalaşmasında mühüm amil olan milli musiqi gen yaddaşının dirçəldilməsi, milli lad sisteminin Avropa alətlərində (fortepiano, violin, vilonçel, nəfəs və zərb alətləri) ifa edilməsi, respublikanın musiqi və incəsənət məktəblərinin təlim-tərbiyə prosesində milli musiqinin didaktik rolunun gücləndirilməsidir.