Yanvarın 27-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar və pedaqoq Nazim Əliverdibəyovun 90 illik yubileyinə həsr olunan xatirə gecəsi keçiriləcək. Tədbirdə sənətkarın həyat və yaradıcılığından, musiqi mədəniyyətimizə verdiyi töhfələrdən söz açılacaq, sənət dostları onunla bağlı xatirələrini bölüşəcəklər.
   Xatirə gecəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası konsert proqramı ilə çıxış edəcək.