Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” kinostudiyasında istehsal olunmuş “Təxəllüsü Mixaylo” (rejissor Tahir Əliyev) sənədli filmi Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş V Beynəlxalq “Bilik aləmi” elmi-kütləvi filmlər kinofestivalında iştirak edib. 10 ölkədən 32 filmin qatıldığı müsabiqədə “Təxəllüsü Mixaylo” filmi münsiflər heyətinin qərarı ilə “Yeni tarixi biliyin təqdimatı” mükafatına layiq görülüb.