Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun 200 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında “Azərbaycanfilm” kinostudiyasında film istehsal olunacaq. Xalq yazıçısı Anarın ssenarisi əsasında çəkiləcək ekran əsərinə tanınmış rejissor Ramiz Həsənoğlunun quruluş verəcəyi bildirilir.
   Ramiz Həsənoğlunun sözlərinə görə, hazırda müəlliflə nazirlik arasında danışıqlar gedi. R.Həsənoğlu ssenari ilə tanış olduğunu da deyib: “Film Axundovun həyat və yaradıcılığını əks etdirəcək. Filmin əsas personajı da Axundov özü olacaq. Bu obrazı kimin canlandıracağını hələ bilmirəm. Hər halda sınaq çəkilişlərindən ən layiqli namizədlər keçəcək”.