Salyan Dövlət Kukla Teatrı yeni mövsümdə kiçik tamaşaçıların qarşısına Azərbaycan xalq nağılı əsasında hazırladıqları “Bostançı və Şah Abbas” tamaşası ilə çıxacaq.
   Nağılda haqq-ədalət adil Şah Abbasın timsalında, tamahkarlıq və paxıllıq kimi mənfi hisslər şahın vəziri Allahverdinin obrazında təcəssüm olunub. Tamaşanın quruluşçu rejissoru Rauf Afşarovdur.