Muzey Mərkəzinin qalereyası “Salon” jurnalı ilə birlikdə “DOT-ART” layihəsini həyata keçirir.
   Layihə çərçivəsində ilk sərgi martın 1-də Bakıda "Collezione Italia" məkanında açılacaq. Sərgi aprelin 1-dək davam edəcək.
   “DOT-ART” layihəsinin məqsədi dizayn xidmətlərinin istehlakçıları, interyer bazarı mütəxəssisləri və alıcılarda dizaynın funksiya və bədii surətin dərk edilmiş inteqrasiya prosesi anlayışını formalaşdırmaqdan ibarətdir. Layihə çərçivəsində gənc rəssam və memarlarının sərgiləri, dizayn-sərgilər, mühazirələr və ustad dərsləri, təqdimat və seminarlar planlaşdırılır.