Dekabrın 6-dan 11-dək Ukraynanın Dnepropetrovsk şəhərində III Beynəlxalq “Divofilm” qısametrajlı kino və animasiya filmləri festivalı keçiriləcək. Ukrayna, Rusiya, Çexiya, Fransa, Hollandiya və digər ölkələrin gənc rejissorları ilə yanaşı, Azərbaycan “Sonun əvvəli” qısametrajlı filmi ilə festivalda təmsil olunacaq. Filmin ssenari müəllifi və rejissoru Novruz Hikmət, operatoru Elxan Rüstəmovdur. Film ənənəvi poetik kino janrında çəkiib. Festival zamanı müxtəlif ölkələrin tamaşaçıları tədbirin rəsmi saytında (Anti-gorod.com) bəyəndikləri film ilə tanış ola və səs verə biləcəklər.