Füzuli Dövlət Dram Teatrında Mərkəz Qacarın "Qabanın səfəri” əsəri əsasında hazırlanan tamaşanın son məşqləri gedir.
   Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Əsas rollarda İntizar Quliyeva, Sehran Xanlarov, Əli Hüseynov, Sevinc Məmmədova, Fatimə Səfərəliyeva, Aygün Cəfərova, Məryəm Məmmədova, Elşən Gözəlov, Vüqar Babayev və başqaları çıxış edir. Tamaşa yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.