Gənclik insan həyatının ən maraqlı, ən mənalı dövrüdür. Hər bir insan gənclik dövrünə qədəm qoyandan sonra həyatın axarına düşür və o axarla irəliləyir. Yetər ki, bu həyatda addımlarını düzgün istiqamətləndirməyi bacarsın, ondan səmərəli istifadə edə bilsin. 
   1997-ci ildən Azərbaycan gənclərinin öz bayramı var. Prezident Heydər Əliyevin sərəncamı ilə təsis olunan Gənclər Günü hər il təmtəraqla qeyd edilir. Əlamətdar gün münasibətilə Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin əhatə etdiyi müəssisələrdə də geniş tədbirlər planı tərtib edilib.
   Tədbirlər planına, Kürdəmir rayon MKS-də, Heydər Əliyev Muzeyində dəyirmi masalar, rayon Gənclər evində adlı elmi-praktik konfransın keçirilməsi daxildir. Bundan əlavə, Kürdəmir Dövlət Rəsm Qalereyasında həvəskar rəssamların əl işlərindən ibarət “Gənclik rəssamların gözü ilə” adlı sərgi nümayiş etdirilir. Rayon Mədəniyyət mərkəzinin xətti ilə 1 və 2 fevralda rəngarəng konsert proqramı keçiriləcək.
   
   Məryəm Əliyeva
   Kürdəmir MKS-nin baş biblioqrafı