“Azərbaycan Hava Yolları” QSC (AZAL) aviaşirkəti ilə Küveytin "AlKazemi Travel Agencies" turizm şirkəti arasında əməkdaşlıq haqqında sazişə əsasən AZAL-ın tarixində ilk turist çarter reysi Bakı-Küveyt-Bakı marşrutu üzrə yerinə yetirilməyə başlanılıb.
   Heydər Əliyev Beynəlxalq Hava Limanından Küveytin paytaxtındakı Şeyx Saad Hava Limanına reyslər “Airbus A320” laynerləri ilə yerinə yetiriləcək. Reyslərin əsas təyinatı - hər iki ölkəyə mütəşəkkil turist qruplarının daşınmasıdır. Bununla belə, bəzi reyslərə individual aviabiletləri AZAL-ın agentliklərində və ya aviaşirkətin saytında əldə etmək mümkündür.