“İçərişəhər” bədii filmi Hindistanın 9-cu Benqaluru Beynəlxalq Film Festivalının “Dünya kinosu” proqramına dəvət alıb. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, festival fevralın 2-dən 9-dək Benqaluru və Maysur şəhərlərində keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınan ekran əsəri bir sıra beynəlxalq festivallarda nümayiş olunub. Filmin ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyevdir. Rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırıblar.