Türkiyəli sənətçi, rejissor və prodüser Mahsun Kırmızıgülün “Nyu-Yorkda beş minarə” filmini iki həftə ərzində 2 milyondan çox tamaşaçı izləyib. Filmə həm Türkiyə, həm də Avropadakı tamaşaçılar böyük maraq göstərir. İki həftədə Avropanın dörd ölkəsində 250 mindən artıq adam tərəfindən izlənilən “Nyu-Yorkda beş minarə” filmi vaxtilə 8 ölkədə nümayiş olunan rejissorun “Günəşi gördüm” filminin 251 min 872 izləyicisini geridə qoyub. Film Qurban bayramının birinci günü 136 min 986 nəfər, ikinci günü 195 min 204 nəfər, üçüncü günü 220 min 671 nəfər tamaşaçı toplayıb. Kinoşünaslar filmin bu il gəlir və izləyici rekordları vuracağına proqnoz verirlər.
   
   İntiqam Hacılı