Məşhur aktyor, Robert de Niro atasının xatirəsinə rəssamlıq mükafatı təsis edib. Dediyinə gərə, o, mükafatın hazırlanmasını uzun illərdir gözləyirmiş. Qeyd edək ki, kinoulduzun atası tanınmış rəssam olub, Amerikanın bir çox şəhərlərində mükəmməl sənət əsərləri nümayiş etdirməklə şöhrət qazanıb. Onun rəsm əsərləri Bruklin (Nyu-York), Kanzas və Baltimor kimi məşhur muzeylərdə sərgilənir. 1993-cü ildə atasının ölümündən sonra aktyor onun emalatxanasını hər kəs üçün toxunulmaz elan edib. Mükafata gəldikdə, Robert de Niro bildirib ki, o hər il təqdim olunacaq, məbləği isə 25 min dollardır. Aktyor mətbuata verdiyi açıqlamasında yeni mükafatın namizədlərinin uzun müddət rəssamlıq sənətinə, onun inkişafına töhfə verən Amerika rəssamları arasından seçiləcəyini bildirib.    

   Vəfa Zeynalova