Ukraynanın paytaxtı Kiyevdə “Eurovision-2017” mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalının püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə əsasən, birinci yarımfinalda 18, ikinci yarımfinalda isə 19 iştirakçının çıxış edəcəyi planlaşdırılır.
   Azərbaycan təmsilçisi Diana Hacıyeva müsabiqənin ilk yarımfinalında Monteneqro, Finlandiya, Gürcüstan, Portuqaliya, Belçika, İsveç, Albaniya və Avstraliya ilə birgə çıxış edəcək.
   Xatırladaq ki, “Eurovision-2017" mahnı müsabiqəsinin final mərhələsi Kiyevdə mayın 13-də, yarımfinallar isə mayın 9-da və 11-də keçiriləcək.