Rejissor Fariz Əhmədovun “Miras” sənədli filmi dekabrın 1-dən 5-dək Polşada keçiriləcək beynəlxalq “Zubroffka” kinofestivalında iştirak edəcək. Rejissorun verdiyi məlumata görə, əsas müsabiqə bölməsində mükafat uğrunda mübarizə aparacaq film dekabrın 4-ü nümayiş olunacaq. Festivalın müsabiqə bölməsində mükafatlar uğrunda 25 ölkənin 50-dən artıq filmi mübarizə aparacaq.
   Xatırladaq ki, film 2010-cu ildə “Bir addım” film studiyasında istehsal olunan “Miras” sənədli filmi oktyabr ayında Moskva şəhərində keçirilən 30-cu Beynəlxalq VGİK kinofestivalında "Kinematoqrafiya sənətinə sədaqətə görə" diplomuna, Milli Maarif Kanalı tərəfindən isə rejissor işinə görə "Maarif" diplomuna layiq görülüb.