Fevralın 6-da Mədəniyyət və Turizm Nazirliyi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) birgə təşkilatçılığı ilə gerçəkləşən “Gəncliyin səsi” festivalı çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin konserti keçirildi. Konsertdə tələbələr Azərbaycan və dünya xalqlarının rəqslərini ifa etdilər. Gənc rəqqasların təqdim etdikləri “Azərbaycan süitası” adlı kompozisiya, “Naz eləmə”, “Gülə-gülə” və digər milli rəqslərimiz tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılandı.
  Tamaşanın müəllim-xoreoqrafları Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri Kamilə Əliyeva, əməkdar artistlər Səbinə Qasımova, Sənan Hüseynli, Xalq artisti Yusif Qasımovdur.  
   
   S.Fərəcov