“ASAN xidmət” teatr truppasının tamaşası
   
   Fevralın 2-də Gənc Tamaşaçılar Teatrında Mədəniyyət və Turizm Nazirliyinin və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə gerçəkləşən “Gəncliyin səsi” festivalı çərçivəsində yazıçı-dramaturq Əli Əmirlinin “Yeddi məhbusə” pyesi əsasında hazırlanmış tamaşa göstərildi. Tamaşa 5 saylı Bakı “ASAN xidmət” mərkəzi könüllülərinin iştirakı ilə səhnələşdirilib.
   “ASAN xidmət” mərkəzinin əməkdaşı Könül Hüseynlinin quruluşunda təqdim olunan tamaşada 10 gənc rol alıb. Rolları Nərminə Əliyeva, Samirə Əliyeva, Tural İbrahimov, Şəfiqə Sadıqova, Aysel Musayeva və digərləri oynayırdı. 
   1 saat 40 dəqiqə davam edən səhnə əsərində hadisələr həbsxanada cərəyan edir. Tamaşa nişanı qayıtmış qıza görə məhkum olunan yeddi qızın məhbus həyatından bəhs edir. 
   
   Savalan Fərəcov