Fevralın 3-də paytaxtdakı Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Əməkdar artist, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, beynəlxalq müsabiqələr laureatı Nərgiz Əliyarovanın konserti keçirilib. 
   Böyük bəstəkar Qara Qarayevin anadan olmasının 99-cu ildönümünə həsr olunan konsert rəngarəng proqramı ilə dinləyicilərin böyük rəğbətini qazanıb. Zövqlə dinlənən konsertdə İ.Haydn, E.Lekuona və F.Listin əsərləri, Qara Qarayevin “Yeddi gözəl” baletindən “Gözəllər gözəli”, “Vals” səsləndirilib.