Fevralın 10-da Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrının Primorsk səhnəsində Adolf Adanın “Jizel” baleti nümayiş etdiriləcək. Səhnə əsərinin quruluşçu baletmeysteri həmyerlimiz Eldar Əliyevdir.
   Bakıda anadan olan E.Əliyev Bakı Xoreoqrafiya Məktəbini bitirib, 1979-1992-ci illərdə Mariinsk Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın “Ballet Internationale” truppasına rəhbərlik edib. Praqa, Seul, Nyu-York və Pekində keçirilən beynəlxalq balet müsabiqələrinin münsiflər heyətinə daxildir. 2016-cı ildə Mariinsk Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin edilib. Çinin Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur.
   Mariinsk Teatrının Primorsk səhnəsi Uzaq Şərqdə ən müasir və Rusiyanın ən gənc teatrlarından biridir.