Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında məşhur italyan yazıçısı Canni Rodarinin “Çippolino” əsəri əsasında eyniadlı tamaşa hazırlanır.
   Tamaşa Çingiz Ələsgərovun yeni səhnə redaksiyası əsasında ərsəyə gələcək.
   Səhnə əsərinin rejissoru və musiqi tərtibatçısı Əlif Cahangirli, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, xoreoqrafı Lalə Hacıyeva, rejissor assistentləri Nərmin Həsənova və Firuzə Balayevadır.
   Tamaşanın premyerası mart ayında keçiriləcək.
   Qeyd edək ki, italyan yazıçının məşhur əsəri hazırda Azərbaycan Dövlət Kukla Teatrının repertuarındadır.