Kambocada XII əsrə aid Anqkor-Vat məbədlər kompleksinə məxsus bir məbədə Hollivudun məşhur aktrisası Ancelina Colinin adı verilib. Böyük Britaniyanın "Guardian" qəzetinin yazdığına görə, yerli əhalinin bu təşəbbüsü hakimiyyət orqanları tərəfindən dəstəklənib. Söhbət Vişna allahının şərəfinə tikilmiş Ta-Prom məbədindən gedir. Əvvəllər isə o, "Kral məbədi" adlanırdı.
   Ancelina Colinin baş rola çəkildiyi "Lara Kroft" trillerinin bir neçə epizodu məhz bu məbəddə lentə alınıb. Filmin çəkilişlərinin sonunda Coli Kambocadan bir uşağı övladlığa götürüb. Rat Vibol məşhur aktrisanın 6 uşağından biridir. Yerli əhali hesab edir ki, məbədə aktrisanın adının verilməsi ölkənin mədəni irsinin qorunub-saxlanılmasına yardım edəcək.
   Anqkor Vat məbədlər kompleksi V - XII əsrlərdə kremeklərin qədim paytaxtı olan ərazidə inşa edilib. Onun ümumi ərazisi 200 kv km-dir. Lakin ölkə hökumətinin bu abidəni qoruyub saxlamağa pulu yoxdur.