Avropa Kino Akademiyası ilin ən yaxşı filminin adını açıqlayıb. Ən yaxşı film Estoniyanın paytaxtı Tallinndə keçirilən mərasimdə elan olunub. Beləliklə, 2010-cu ilin ən yaxşı ekran əsəri adını məşhur rejissor Roman Polanskinin «Ruh» filmi qazanıb. Film ən yaxşı rejissor, ən yaxşı ssenari, ən yaxşı kişi rolu, ən yaxşı musiqi və ən yaxşı rəssam işi nominasiyalarına görə mükafatlandırılıb. Qeyd edək ki, «Ruh» filminin ssenari müəllifləri Roman Polanski və Robert Harrisdir.
   
   Gülər