Fevralın 17-də Bakıda “Turizm Yunanıstan və Azərbaycan arasında körpü rolunu oynayır” adlı təqdimat mərasimi keçiriləcək.
   Tədbir Yunanıstanın ölkəmizdəki səfirliyinin dəstəyi, bu ölkənin “Panhellas” turizm şirkəti, İtaliyanın Bakıdakı Mədəniyyət Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) iştirakı ilə təşkil olunacaq.
   BAMF-dən bildirilib ki, tədbirin keçirilməsində məqsəd Yunanıstanın turizm potensialının nümayişi, həmçinin diplomatiya və iqtisadiyyat sahələrində yaxşı münasibətləri olan iki ölkənin bu sahədə mövcud imkanlarının təşviq edilməsidir.