Bu günlərdə paytaxtımıza keçirilən daha bir kino tədbiri Yaponiya filmlərinin nümayişi ilə bağlı olub. Dekabrın 10-11-də Kinematoqrafçılar İttifaqında keçirilən Yaponiya Kinosu Günləri çərçivəsində ümumilikdə 7 film nümayiş etdirilib. Kinosevərlərə təqdim olunan “Kuill” dramı gözdən əlil insanlara bələdçilik edən itdən bəhs edir. İt çoxlu səmimi ünsiyyətlər və həzin vidalaşma sınaqlarından keçərək etibarlı bələdçiyə çevrilib. “Robokon”, “Su oğlanlar”, “Mənim sirli sərvətim” komediyaları və “Miyori və sehrli meşə” cizgi filmi də böyük maraqla qarşılanıb.