Fevralın 24-də Türkiyənin Karabük Universitetində Xocalı soyqırımının anma tədbiri düzənlənib. Paneldə universitetin Beynəlxalq əlaqələr bölümünün müəllimləri - dosent Əli Əsgər, yardımçı dosentlər Ersin Müezzinoğlu və Mərziyyə Məmmədli tərəfindən təqdimat və məruzələrdə “erməni məsələsi”nin tarixi inkişaf prosesi, Anadoluda və Qafqazda ermənilərin törətdikləri vəhşilik, Xocalı soyqırımı, Azərbaycan torpaqlarının işğalı mövzuları nəzərdən keçirilib.
   Tədbirdə həmçinin Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş olunub.