Martın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqında “Teatr və zaman” adlı elmi-praktik konfrans keçiriləcək. Konfrans Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyət və İncəsənət Universiteti və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə baş tutacaq.
   Azərbaycan milli peşəkar teatrının 144 illiyi münasibətilə gerçəkləşəcək konfransda respublikanın tanınmış mədəniyyət xadimlərinin teatr sənətinə həsr olunmuş məruzələri dinləniləcək.