Martın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqında milli peşəkar teatrın 144 illiyi münasibətilə “Teatr və zaman” adlı elmi-praktik konfrans keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə baş tutacaq konfransda teatr sənətimizin keçdiyi yola nəzər salınacaq, məruzələr dinləniləcək. Tədbirdə teatr xadimlərinə mükafatlar təqdim olunacaq.