Tərtər rayon Mədəniyyət mərkəzində Beynəlxalq Qadınlar Günü münasibətilə “Müstəqilliyin bərpasında qadınların rolu” adlı tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bayram münasibətilə qadınları təbrik edib. 
   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qadınların cəmiyyətimizdə rolundan bəhs edib. Rayonun ictimai, mədəni həyatında fəal iştirak edən qadınlara diplomlar və bayram hədiyyələri təqdim edilib.
   Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasının müdiri, Əməkdar artist Azad Şükürov, Dram rejissoru kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məleykə Məmmədova, Əməkdar artist, xanəndə Teyyub Aslanov və tələbələri bədii proqramla çıxış ediblər.