Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan “Söz” ədəbiyyat layihəsi çərçivəsində gənc, istedadlı şairlərin ortaya çıxarılması, cəmiyyətə tanıdılması məqsədilə görüşlər təşkil edilir.
   Aprelin 1-də Yuğ teatrında (Azərbaycan Dövlət Kukla Teatrının binasında) layihə üzrə “Hədsiz” adlı ədəbi-bədii gecə keçiriləcək. Gecədə gənc şairlər şeirlərini səsləndirəcəklər. Leyla Begim Cəfərova və Yefim Abramov gecənin qonağı olacaqlar.