Aprelin 6-da Moskva Filarmoniyasının P.Çaykovski adına konsert zalında Nikolay Osipov adına Rusiya Milli Xalq Çalğı Alətləri Akademik Orkestri “Dünya turnesi. Dünya xalqlarının musiqisi, mahnı və rəqsləri” adlı konsert proqramı təqdim edəcək. Konsertdə həmvətənimiz Emil Qədirov da çıxış edəcək.
   E.Qədirov Moskvada bir sıra konsert proqramları ilə çıxış edib, Rusiyanın “Qolos” layihəsinin iştirakçısı olub. Hazırda “Qradski Holl” teatrının solistidir. Onun repertuarına dünya klassik operasından ariyalar, dünya bəstəkarlarının romansları və estrada mahnıları daxildir.