Kinoaktyor Ruslan Sabirlinin təşəbbüsü əsasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə keçiriləcək Buktreyler festivalına iştirak üçün müraciət aprelin 10-da başa çatır.
   “Kitabı tanıdın, kitabla tanının” sloqanlı festivalın məqsədi kitab və mütaliənin təbliği, mütaliəyə münasibətin yaradıcı formaların dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.
   Tanınmış sənət adamları - xalq artistləri Rafiq Əliyev, Həmidə Ömərova, Əməkdar incəsənət xadimləri Ayaz Salayev, Orxan Fikrətoğlu, əməkdar artistlər Sənubər İsgəndərli, Bəhram Bağırzadə, Nərgiz Cəlilova və başqaları gəncləri II Buktreyler festivalında iştiraka səsləməklə layihəyə dəstək olublar.
   Festivalın qaliblərini pul mükafatları (1, 2 və 3 yerlər üçün müvafiq olaraq 1000, 800 və 500 manat) gözləyir. Təqdim olunan buktreylerlər saytında qeydiyyatdan keçirilməlidir. İştirak şərtləri ilə festivalın www.booktrailer.az saytında, həmçinin www.facebook.com/booktrailer.az facebook səhifəsində tanış olmaq olar.