Fərəc Qarayevin əsəri Tretyakov qalereyasında səslənəcək
   
   Mayın 11-də Moskva Dövlət Tretyakov Qalereyasında “Yeni musiqi studiyası” ansamblının “Zamanın musiqisi: naməlum incilər” layihəsi çərçivəsində konsert keçiriləcək. Konsertdə görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Fərəc Qarayevin əsəri də səsləndiriləcək.
   Konsertdə Fərəc Qarayevin fleyta, bas-klarnet və fortepiano üçün yazdığı əsərini “Yeni musiqi studiyası” ansamblının solistləri - Marina Rubinşteyn (fleyta), Anastasiya Tabakova (qoboy), Nikita Aqafonov (klarnet), Natalya Çerkasova (fortepiano) təqdim edəcəklər.