Kinoaktyor Ruslan Sabirlinin təşəbbüsü əsasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə keçiriləcək II Buktreyler festivalının məqsədləri kitab və mütaliənin təbliği, mütaliəyə münasibətin yaradıcı formalarının inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.
   Aprelin 10-da Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Kitabı tanıdın, kitabla tanının” sloqanlı festivala hazırlıqlarla əlaqədar ustad dərsləri keçirilib. 
   Kinostudiyanın direktoru Müşfiq Hətəmov iştirakçıları salamlayaraq Azərbaycan kinosunun nailiyyətlərindən və gələcək planlardan bəhs edib. Bəstəkar Azər Hacıəsgərli filmlərdə istifadə olunan musiqinin əhəmiyyətindən və orijinal musiqinin yazılması məsələlərinə toxunub. Rejissorlar - əməkdar incəsənət xadimləri Elçin Musaoğlu, Elxan Cəfərov və operator Nadir Mehdiyev iştirakçılarla öz təcrübələrini paylaşıb, məsləhətlərini verib. Festivalın təsisçisi Ruslan Sabirli iştirakçıların suallarını cavablandırıb.
   Festivalla bağlı ətraflı məlumatı www.booktrailer.az saytında almaq olar.
   
   Lalə