Əməkdar artistlər Rain Sultanov və İsfar Sarabski İsveçin paytaxtında konsert proqramı ilə çıxış edəcəklər. Azərbaycanlı caz musiqiçiləri mayın 22-də “Sheraton Stokholm” hotelində, mayın 23-də isə Höqalid kirxasında konsert verəcəklər.