“Aydınlığa doğru” İctimai Birliyində TİKA-nın (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Ailə akademiyası” layihəsi çərçivəsində hamiləliyin selektiv dayandırılması əleyhinə “Öldürmə, ana” adlı klip çəkilib. Klipin rejissoru Elçin Elxanlı həm də mahnının musiqisi və sözlərinin müəllifidir. Mahnını Xalq artisti Alim Qasımov, əməkdar artistlər Fərqanə Qasımova, Tünzalə Ağayeva, digər müğənnilər, “Bənövşə” uşaq xoru ifa edib.