Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də mədəniyyət və incəsənət xadimlərinin təltif olunması, fərdi təqaüd və Prezident mükafatlarına layiq görülməsi ilə bağlı sərəncamlar imzalayıb.
   Xalq artisti, tarzən Ramiz Əyyub oğlu Quliyev Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.
   Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Mənsum İsrafil oğlu İbrahimov və Arif Lətif oğlu Qazıyevə Prezidentin fərdi təqaüdü verilib.
   Səhnə fəaliyyəti ilə bağlı bir qrup aparıcı incəsənət xadimi Azərbaycan Respublikası Prezidentinin mükafatlarına layiq görülüb.
   Bundan əlavə, Azərbaycanda xalçaçılıq sənətinin inkişafında səmərəli fəaliyyətlərinə görə bir qrup xalça ustası “Əməkdar mədəniyyət işçisi” fəxri adı, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Tərəqqi” medalı ilə təltif edilib.