"Tor" - tezliklə böyük ekranlara çıxacaq macəra janrında yeni film belə adlanır. Hollivud aktyorları Entoni Hopkins, Natali Portman, Kris Hemsvort kimi məşhurlar filmdə rol alıb. Maraqlı süjet üzərində qurulan ekran əsəri fantastik, döyüş, dramatik, macəra janrlarını özündə birləşdirir.
   "Tor"da hadisələr həm Yer kürəsində, həm də tanrıların Asqarde adlı krallığında cərəyan edir. Hadisələrin mərkəzində - qüdrətli Tor - güclü və özündənrazı döyüşçü durur. Onun əməlləri Asqardedə müharibəyə səbəb olub. Tor Yer kürəsinə sürgün edilir, gücü əlindən alınır və cəza kimi yer üzündə adi insanlar arasında yaşamağa məhkum edilir...
   "Tor"da digər rolları İdris Elba, Ket Denninqs, Stellan Skarsqard, Rey Stivenson, Tom Hiddlston, Rene Russo, Klark Qreqq və başqa Hollivud aktyorları canlandırır. Amerika kino istehsalçılarının istehsalı olan ekran işi 150 milyon dollara başa gəlib. Film aprelin 27-də dünya ekranlarına çıxacaq.