Prezident İlham Əliyev mayın 8-də BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. T.Rifai Dünya Turizm Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığın qurulması və möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə təltif edilib.