Mayın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda bu qurumun www.literature.az saytının yenilənmiş versiyasının təqdimatı olub.
   AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli rəhbərlik etdiyi elmi müəssisədə yüksək texnologiyaların tətbiq olunduğunu söyləyib. Vurğulanıb ki, AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytları Azərbaycan elmində baş verən yeniliklərin dolğun işıqlandırılmasında xüsusi əhəmiyyət daşıyır.
   İnstitutun Elmi informasiya və tərcümə şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyeva və saytı hazırlayan “Time4soft” MMC-nin direktoru Ruslan Əliyev üç dildə (Azərbaycan, rus, ingilis) fəaliyyət göstərən www.literature.az saytının strukturu, bölmələri haqqında ətraflı məlumat veriblər.