Mayın 13-də Kiyevdə keçirilən “Eurovision-2017” mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub. O, “Amar Pelos Dois” mahnısını ifa edərək, 758 xalla birincilik əldə edib. İkinci və üçüncü yerləri Bolqarıstan (615) və Moldova (374 xal) təmsilçiləri bölüşüb.
   Azərbaycan təmsilçisi Diana Hacıyeva 120 xal toplayaraq müsabiqədə 14 yeri tutub. Təmsilçimizə ən yüksək balları İtaliya və Portuqaliya (12 xal), Gürcüstan və Yunanıstan (10) verib. Azərbaycandan 8 bal Portuqaliya, 10 bal Moldova, 12 bal isə Belarus təmsilçisinə gedib. 
   Qeyd edək ki, Ukrayna paytaxtında keçirilən 62-ci “Eurovision” mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edib. Final mərhələsində 26 ölkə təmsilçisi öz səhnə perfomanslarını nümayiş etdirib. 
   Beləliklə, “Eurovision 2018” yarışması Portuqaliyada baş tutacaq.