Bunun müqabilində qiymətlər artacaq
   
   Mehmanxanaların əvvəlcədən sifariş verilməsi xidməti göstərən “booking.com” artıq Rusiyanın vergi xidmətində əlavə dəyər vergisi (ƏDV) ödəyicisi kimi qeydiyyata alınıb.
   İndiyədək Rusiyada göstərdikləri xidmətlərin qarşılığı olaraq müəyyən faiz alan elektron xidmətlər ƏDV ödəmirdilər. Onların əvəzinə bu işi elektron xidmətlərlə əməkdaşlıq edən Rusiya şirkətləri görürdülər.
   Rusiyanın Vergi Məcəlləsində bu sahədə edilmiş dəyişikliklər işgüzar dairələr arasında qeyri-rəsmi adla “Google vergisi” kimi tanınıb. İndi Rusiya ərazisində fəaliyyət göstərən xarici xidmət şirkətləri rəsmi şəkildə qeydiyyata alınmalı və dövlət büdcəsinə 15,25 faiz dərəcə ilə vergi ödəməlidirlər.
   Statistikaya əsasən, Rusiyada mehmanxana rezervasiyalarının təxminən yarısı “booking.com” vasitəsilə həyata keçirilir. Gözlənilir ki, “Google vergisi”nin tətbiqi sayəsində yaxın vaxtlarda mehmanxanada qalmaq haqqı təxminən 4 faiz artacaq.