Gənc və istedadlı pianoçu Elxan Niftiyev mayın 23-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) böyük zalında solo konsertlə çıxış edib. SSRİ və Azərbaycanın Xalq artisti, görkəmli pianoçu, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli sinfinin yetirməsi olan gənc ifaçı V.Bethoven, F.Şopen, A.Skryabin və S.Raxmaninovun əsərlərindən ibarət maraqlı və mürəkkəb musiqi proqramı təqdim edib. Konsert dinləyicilərin alqışları ilə qarşılanıb.