İyunun 11-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında “Alisa yeni macəralar axtarışında” adlı uşaq şou-müzikli təqdim ediləcək.
   Tamaşaçıları Luis Kerrolun məşhur süjetinin yeni səhnə təcəssümü gözləyir. Gözlənilməz obrazlar, rəngarəng dekorasiya və kostyumlar, hazırcavab aktyor oyunu, şux musiqi həm balaca tamaşaçıları, həm də böyükləri laqeyd qoymayacaq. Şounun yaradıcıları L.Kerrolun kitabından əsas səhnələri saxlayıblar.