İyunun 2-də Azərbaycan Dövlət Musiqili Teatrında “Bremen musiqiçiləri və Pen” musiqili nağıl-tamaşasının premyerası olacaq.
   Teatrın mətbuat xidmətindən bildirilib ki, yaradıcılıq studiyasında gənclər tərəfindən hazırlanan nağıl-tamaşanı Anar Sadıqov Ceyms Barrinin “Piter Pen və Vendi” və Qrimm qardaşlarının məşhur “Bremen musiqiçiləri” nağıllarının süjetləri əsasında səhnələşdirib. Rolları teatrın gənc aktyorları Əmrah Dadaşov, Nicat Əli, Zaur Əliyev, Ruslan Mürsəlov, Aydan Həsənova, Dəniz Tacəddin, Zarina Qurbanova, Cəlalə Novruzlu və başqaları ifa edirlər.
   Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Zaur Əliyev, quruluşçu rəssamı Afaq Bayramova, rejissorları Elməddin Dadaşov, Anar Sadıqov, quruluşçu baletmeysterləri Əməkdar artist Zakir Ağayev, Yelena Ağayeva, işıq rəssamı Fuad Qədirov, rejissor assistenti Sevinc Məmmədovadır.