Salyan rayon Mədəniyyət mərkəzi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən V ümumrayon baxış-müsabiqəsi qaliblərinin yekun konserti olub.
   Baxış-müsabiqədə Mədəniyyət mərkəzinin tabeliyindəki 27 mədəniyyət müəssisəsi iştirak edib. 500-dən çox iştirakçı arasından 24 nəfər qalib seçilib.
   Mədəniyyət mərkəzinin direktoru Lətif Zərbəliyev, Sarvan kənd Mədəniyyət evinin direktoru, Əməkdar mədəniyyət işçisi Cahangir Qaraşov qalibləri təbrik edib, uğur arzulayıblar. 
   Rəngarəng konsert proqramında təqdim olunan mahnılar, rəqslər, instrumental ifalar, nümayiş etdirilən maraqlı səhnəciklər, səslənən şeirlər alqışlarla qarşılanıb.
   Sonda baxış-müsabiqənin qaliblərinə fəxri fərmanlar təqdim edilib.