Yapon rəssam Masayoşi Matsumoto hava şarlarından düzəltdiyi qeyri-adi heykəlləri ictimaiyyətə təqdim edib. Adi hava şarlarından mürəkkəb fiqurlar düzəldən rəssam bu sənətdə çox irəli gedib.
   Həvəskar heykəltəraş öz yaradıcılığı haqda deyib: “Mən yeddi il bundan əvvəl bu cür heykəllər düzəltməyə başlamışam. Vəhşi təbiətə olan marağım məni hava şarlarından animasiya heykəlləri düzəltməyə həvəsləndirdi”.
   Qeyd edək ki, hər bir fiquru düzəltmək üçün rəssama 2-6 saat vaxt lazım olur və o, bu fiqurları düzəldərkən heç bir əlavə alətdən istifadə etmir.